Parisdə qaçqınlar üçün düşərgə salınacaq

Parisdə qaçqınlar üçün düşərgə salınacaq

Paris meri Ann İdalqo Fransa paytaxtında qaçqın düşərgəsinin yaradılmasının planlaşdırıldığını  bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, düşərgənin humanitar təşkilatların dəstəyi ilə yaradılması nəzərdə tutulub.

Merin sözlərinə görə, dolanmağa imkanı olmayan qaçqınlar düşərgədə gecə-gündüz qala biləcəklər.   

İdalqo əlavə edib ki, meriya hazırda tez bir zamanda salına biləcək düşərgənin yerləşəcəyi məkanı müəyyənləşdirir.

0
20