ABŞ-dan Avro-2016 ilə bağlı terror xəbərdarlığı

ABŞ-dan Avro-2016 ilə bağlı terror xəbərdarlığı

“Stadionlar, fan-zonalar və Avropa çempionatına aid olmayan digər meydançalar terrorçuların potensial hədəfləridir”

ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Avropaya, o cümlədən Fransada keçirilən futbol üzrə Avropa çempionatına terror təhlükəsinə ilə əlaqədar səfər etməməyi tövsiyyə edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə mayın 31-də qurumun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

“Stadionlar, fan-zonalar və Avropa çempionatına aid olmayan digər meydançalar terrorçuların potensial hədəfləridir”, - məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.

Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.

0
27