Millimiz Sloveniyadan revanş aldı

Millimiz Sloveniyadan revanş aldı

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri yenidən Sloveniyanın U-21 komandası ilə qarşılaşıblar.

Milli komandamız sloveniyalı həmyaşıdları ilə ilk qarşılaşmadakı məğlubiyyətin (1:4) əvəzini çıxa bilib. "Qarabağ"ın hücumçusu Mahir Mədətovun dublu sayəsində 2:1 hesablı qələbə qazanan yığma komandamız revanş almağı bacarıb.

Yoxlama oyunu

31 may

Sloveniya (U-21) – Azərbaycan (U-21) - 1:2

Qollar: L. Stulaç, 23 - Mahir Mədətov, 11; 45

0
19