Paris-Tehran reysində hicab qalmaqalı

Paris-Tehran reysində hicab qalmaqalı

Fransa hava yolları şirkəti "Air France" İran səfərlərində problem yaşayıb.

Lent.az-ın "anspress.com"-a istinadən məlumatına görə, sanksiyaların aradan qaldırılmasından sonra 17 apreldən etibarən Paris-Tehran reysləri yenidən başlayır.

Lakin təyyarənin qadın ekipaj üzvləri ilə şirkət rəhbərliyi arasında qalmaqal yaşanıb. Qalmaqala səbəb İran səfərləri zamanı qadın işçilərdən baş örtüyünün tələb edilməsi olub.Şirkətin qadın ekipaj üzvlərinə ünvanladığı açıqlamada İran səfərlərində şalvar və geniş jilet geyinmələri, eyni zamanda təyyarəni tərk etdikləri andan etibarən baş örtüyü örtmələri haqqında xəbərdarlıq edilib.

Lakin etirazların geniş vüsət aldığını görən "France Air" qərarı qəbul etməyən işçiləri digər reyslərə yönləndirmək barədə qərar verib. Yəni baş örtüyü örtmək istəməyən xanımlar işə çıxmaqdan imtina etmək haqqına sahib olacaq. Və onlar başqa reyslərə köçürüləcək. İran qanunlarına görə, qadın pilot və stüardessalar təyyarəni tərk edib, İran torpaqlarına ayaq basdıqları andan etibarən baş örtüyü taxmalıdır. Həmkarlar ittifaqı İrana getmək istəməyən stüardessaların maaşlarınının kəsilməməsi yönündə çağırışlar edib. Fransanın qadın haqları naziri Laurance Rossignol "Air France"nin qəbul etdiyi qərarı dəstəklədiyini bildirib.

Mənbə:
0
27