Kann və Qəbələ arasında əməkdaşlığa dair sənəd imzalanacaq

Kann və Qəbələ arasında əməkdaşlığa dair sənəd imzalanacaq

Fransanın Kann şəhərinin meri Devid Lisnardın rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, fransalı qonaqlara rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və Qəbələdə yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib.

Kann şəhərinin meri Devid Lisnard qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, paytaxt Bakı ilə yanaşı regionlarda da sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Görüş çərçivəsində Fransanın Kann şəhəri ilə Azərbaycanın Qəbələ rayonu arasında yaxın vaxtlarda “Birgə əməkdaşlıq xartiyası” imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində Kann şəhərindən olan qonaqlar Heydər Əliyev Konqres Mərkəzi, Nic qəsəbəsində “Çotari” Udin-Alban kilsəsi, Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olub, orada təşkil olunan rəsm əsərlərinin sərgisinə baxış keçirib.

0
23