Azərbaycanda “V1 Challenge 2016” çempionatı keçirilib – FOTO

Azərbaycanda “V1 Challenge 2016” çempionatı keçirilib – FOTO

Pilotlar hər birində 4 nəfər olmaqla 3 qrupda yarışıb.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçirilib. 

Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda-Böyükşor parkı ətrafında açıq havada təşkil olunan  çempionatda 12 yerli pilot «Volkicar» idman avtomobillərində yarışıb.

Pilotlar hər birində 4 nəfər olmaqla 3 qrupda yarışıb. Hər bir qrupun qalibi finalda birincilik uğrunda mübarizə aparıb. 

İki saatdan artıq davam edən yarış gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalıb. 

Finalda pilotlar Hamlet Fərəcov 1-ci, Murad Həsənov 2-ci, Rəhim Orucov isə 3-cü yerin sahibi olub. Qaliblərə kubok və pul mükafatları verilib. 

Çempionatın qalibi Hamlet Fərəcov bildirib ki, peşəkar avtomobil yarışına ilk dəfədir qoşulub. O, avtomobil həvəskarı olan gəncləri bir araya toplayıb, onların bacarıq və qabiliyyətlərini professional səviyyədə realizə etmələrinə şərait yaratdığına görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib.  Qaliblər yüksək sürət sevənləri küçədə deyil, trekdə rəqabət aparmağa çağırıb. 

Çempionat zamanı tamaşaçılara, həmçinin müxtəlif idman avtomobillərinin şousu təqdim olunub. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr həyata keçirib. 

0
14