Sarkisyan: Biz münaqişənin sülh yolu həllini axtarmaqda davam edəcəyik

Sarkisyan: Biz münaqişənin sülh yolu həllini axtarmaqda davam edəcəyik

Ermənistan prezidenti Astanada bəyanatla çıxış edib.

Ermənistan Qarabağ üzrə Vyana danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Astanada Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında deyib.

“Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə görüş keçirildi. Bu görüşdə etimad tədbirlərinin yaradılmasına dair razılıq əldə olunub - təmas xəttində monitorinqlərin keçirilməsinin mexanizmi və ATƏT-in araşdırıcı mexanizmləri.

Ermənistan bu razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir və münaqişənin sülh yolu həllini axtarmaqda davam edəcək”, - Sarkisyanın sözlərinin onun mətbuat xidməti sitat gətirir.

0
19