Bakının iki mərkəzi yolu bağlanır

Bakının iki mərkəzi yolu bağlanır

Yollar axşam saatlarından bağlanacaq.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətləri, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. 

“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu məqsədlə bu gün saat 23:00-dan etibarən Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. 

Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

0
18