Lavrov prezidentlik ambisiyalarından danışdı

Lavrov prezidentlik ambisiyalarından danışdı

“Mən hazırda öz yerimdəyəm”.

Rusiya XİN rəhbəri prezidentlik ambisiyalarının olmadığını deyib.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində  Rusiya prezidenti olmaq istərdimi sualına cavab verərkən bildirib.

“Mən hazırda öz yerimdəyəm”, - nazir deyib.

Peşəkar fəaliyyətində gələcək planlarından danışarkən Lavrov vurğulayıb ki, həyatında heç zaman plan qurmayıb.

“Hər şey öz axarı ilə gedib”, - Rusiya XİN rəhbəri bildirib.

0
9