Poroşenko: Azərbaycana yeni təyyarələr satacağıq

Poroşenko: Azərbaycana yeni təyyarələr satacağıq

“Ukrayna Müdafiə Nazirliyi uzun illərdən sonra ilk dəfə yeni “Antonov” təyyarələri sifariş edir”.

Ukrayna Səudiyyə Ərəbistanına təyyarələrinin tədarükünə dair müqavilə bağlayıb, bununla yanaşı, Azərbaycana da tədarük planlaşdırılır.  

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petr Poroşenko “Antonoz” DM 70 illiyinə həsr edilmiş tədbirdə bildirib.

“Biz Ukrayna təyyarələrinin Səudiyyə Ərəbistanına çatdırılmasına dair müqavilə bağlamışıq. Azərbaycan prezidenti ilə görüş zamanı biz Azərbaycanın “Antonov” təyyarələrini almasına dair razılığa gəlmişik”, - dövlət başçısı bildirib.

Bundan başqa, onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyi uzun illərdən sonra ilk dəfə yeni “Antonov” təyyarələri sifariş edir.

0
14