42 yaşlı Keyt Moss 18 yaşlı gənclə sevgilidir – FOTO

42 yaşlı Keyt  Moss 18 yaşlı gənclə sevgilidir – FOTO

15 il əvvəl isə Ceykin böyük dayısı ilə eşq yaşayıb.

Xarici mətbuatda dünyaca məşhur top model Keyt Mossun kinorejissor Riçard Kertisin 18 yaşlı oğlu Ceyk Kertis ilə sevgili olması barədə xəbərlər yer alıb.

Oxu.Az xəbər verir ki, Mossun yaxınlarından biri Daily Mail-ə verdiyi açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli, bu, doğrudur. Keyt indi Ceyklə daha əyləncəli vaxt keçirir. 30 yaşından sonra Keyt nədənsə özündən xeyli gənc yaşda olan kişilərə daha çox maraq göstərir. Beləcə, özünü yaşlı hiss etmir və gənc kişilərin marağını çəkmək onun üçün bir müvəffəqiyyətdir”.

Moss 15 il əvvəl Ceykin böyük dayısı, rəssam Lyusen Freydə qızı Lila Qreysə hamiləykən çılpaq poza vermiş, 80 yaşındakı məşhur rəssamla adı eşq dedi-qodularına qarışmışdı.

Aytən Sadıqzadə

0
24