Taliblər 17 nəfəri edam edib, daha 170 nəfəri əsir götürdülər

Taliblər 17 nəfəri edam edib, daha 170 nəfəri əsir götürdülər

Qruplaşma üzvləri üç və ya dörd sərnişin avtobusuna hücum ediblər.

“Taliban” radikal hərəkatın üzvləri Əfqanıstanın Kunduz vilayətində ən azı 16 nəfəri  edam ediblər.

Daha 170 nəfər isə əsir götürülüb, hazırda onlardan 140 nəfəri azad edilib.

Oxu.Az France-Presse-ə istinadən xəbər verir ki, yerli hakimiyyət qruplaşma üzvlərinin üç və ya dörd sərnişin avtobusuna hücum ediklərini bildirib.

Kabuldan alınan ilkin məlumata görə, 17 nəfər edam edilib.

0
12