NATO Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə inanmır

NATO Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə inanmır

“NATO hadisələr zamanı sakit qalmayıb”.

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə tənzimlənməsinin və atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini bildirdik.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Varvaşa Univeristetində erməni tələbənin Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş son hadisələrlə bağlı sualını cavablandırarkən deyib. 

NATO-nun hadisələr zamanı sakit qalmadığını söyləyən Y. Stoltenberq təşkilatın bəyanatda çıxış etdiyini xatırladıb.

“Biz bununla bağlı bəyanat verdik. Hər iki tərəfə atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı müraciət etdim. Münaqişənin hərbi yolla həllinə inanmıram”, - deyə Stoltenberq bildirib.

0
15