“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTO

“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTO

İkinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib.

Sabah saat 06:00-dan etibarən “İnşaatçılar” stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək. 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib. 

O qeyd edib ki, 2016-cı il yanvar ayının 18-dən burada 30 illik istismar müddətini başa vurmuş “ET-5” tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılıb: 

“Stansiyada sökülmüş avadanlığın əvəzinə, Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela FT 945” tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər. Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar”.

Onun sözlərinə görə, yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.

0
17