Asiya Çempionlar Liqasının oyununda Azərbaycana dəstək – VİDEO

Asiya Çempionlar Liqasının oyununda Azərbaycana dəstək – VİDEO

"Sən yaşa Azərbaycan".

Son günlər Azərbaycanla Ermənistan arasında yaşanan olaylarla bağlı ordumuza daha bir dəstək Cənubi Azərbaycanın paytaxtı Təbrizdən gəlib.

Oxu.Az xəbər verir ki, Qol.az-ın məlumatına görə, Asiya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Traktor Sazi" - "Paxtakor" oyununda təbrizli azarkeşlər dəstək nümayiş etdiriblər.

Onlar matçın gedişi zamanı "Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu ölərəm mən, sən yaşa Azərbaycan" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Traktor Sazi" - "Paxtakor" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb..

Mənbə:
+1
86