Zərrab Ebru Gündeşə hədiyyə etdiyi tarixi binanı geri alıb

Zərrab Ebru Gündeşə hədiyyə etdiyi tarixi binanı geri alıb

Osmanlı dövründə inşa edilən tikili 2-ci dərəcəli tarixi əsər kimi qeydiyyata alınıb.

ABŞ-da həbsdə olan iranlı iş adamı Rza Zərrabın müğənni həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi tarixi binanı bu ilin əvvəlində öz üzərinə keçirdiyi ortaya çıxıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Rza Zərrab Kanlıca sahilində ümumi üç binadan ibarət ikisini 2011-ci ildə satın almışdı. Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər kimi qeydiyyata alınan binalara sonradan əlavə mərtəbə, lift və tunel inşa edildiyi ortaya çıxmışdı.

İstanbul 6 Nömrəli Mədəniyyət Varlıqlarını Qoruma Heyəti mülk sahibləri haqqında Beykoz Respublika Baş Prokurorluğunda cinayət işi qaldırmışdı. 

Məsələ ilə əlaqədar Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Beykoz Respublika Baş Prokurorluğuna gedərək ifadə vermişdilər.

0
11