Rəhim Rəhimli Niyam Salami ilə dostluğuna son qoyub: "Mənə etdikləri..."

Rəhim Rəhimli Niyam Salami ilə dostluğuna son qoyub: "Mənə etdikləri..."

Müğənni Rəhim Rəhimli bir zamanlar dostluq etdiyi həmkarı Niyam Salami barədə danışıb.

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan ifaçı bildirib ki, artıq N.Salami ilə dostluq etmir: “Hazırkı münasibətimiz əvvəlki kimi deyil. Zaman keçəndən sonra o insanın səhvlərini, sənə qarşı etdiklərini görürsən və bütün bunlar insana  xoş gəlmir. O zaman da adam düşünür ki, niyə bu adamları yaxınıma buraxdım və gəlib bu yerlərə çıxdı?!  Deməli, belə qismət imiş. Olacaq imiş. Heç bir şeyə görə üzülmürəm. Ümumiyyətlə heç bir zaman heç nəyə görə peşman olmuram. İndi Niyam Salami ilə düşmənçiliyimiz yoxdur. Sadəcə əvvəlki münasibətlər yoxdur. Hazırda şou-biznesdə kişilərdən yalnız müğənni Elçin Cəfərovla dostluq edirəm”.

0
21