Pele mükafatlarını satır

Pele mükafatlarını satır

“Bu addımın səbəbləri çoxdur, onlardan bəziləri dərin şəxsi səbəblərdir”.

75 yaşlı Braziliya futbolçusu Pele 60 illik karyerası ərzində qazandığı bütün mükafat və xatirə hədiyyələrini hərraca çıxaracaq. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, satışa mükafatlar arasında 100-200 min dollar həcmində qiymətləndirilən dünya çempionatının (1958, 1962, 1970) 3 qızıl medalı, 
həmçinin XX əsrin ən yaxşı futbolçusu üçün hazırlanmış, FİFA təsisçilərindən biri - “Jüli Rime” mükafatı da çıxarılıb. Bu mükafat digər 1500 lot arasında ən bahalısıdır, o, 400-600 min dollar arasında qiymətləndirilib.

Satışa çıxarılan əşyalar sırasında Peleyə hədiyyə edilmiş taclar, xəncərlər, təyyarə və gəmi modelləri, şəhərlərin simvolik açarları var. Əşyaları iyunda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək üçgünlük hərraca çıxarmaq niyyətindədir. 

“Bu, çətin qərar idi – Pelenin sözlərini BBC sitat gətirib. – Onları lazımi vəziyyətdə saxlamaq asan deyil, hesab edirəm ki, onları bütün dünya ilə bölüşmək daha yaxşı olardı, həm də bu mənim üçün vacib olan işlərimdə yardımçı olardı”.

“Bu addımın səbəbləri çoxdur, onlardan bəziləri yalnız futbolçuya məlum olan dərin şəxsi səbəblərdir”, - “Julien's Auctions” hərracının nümayəndəsi Den Nellis bildirib.

Əldə edilən pulların bir hissəsi Braziliyanın Kuritibe şəhərindəki uşaq xəstəxanasına yardıma sərf ediləcək.

Təşkilatçıların sözlərinə görə, internetdə aparılacaq satışlarda, bütün dünyadan olan kolleksionerlər iştirak edəcək. Əsasən ÇXR, Yaponiya, ABŞ, Kanada, Meksika, Ərəb körfəzi ölkələrinin nümayəndələri maraq göstərib.

Pele – Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, XX əsrin ən yaxşı futbolçusudur. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Əsrin idmançısı” elan edilib,  baxmayaraq ki, o heç bir zaman Olimpiya oyunlarında iştirak etməyib. Dünyada yeganə futbol üzrə üçqat dünya çempionudur.

0
22