® Azercell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü

® Azercell-in prezidenti  Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü

Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində fəaliyyət göstərən, baş ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb. Vahid Mürsəliyev informasiya kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb. Azercell-in baş ofisində keçirilən görüşdə Beynəlxalq Rabitə Akademiyası Rəyasət Heyətinin üzvü və Akademiyanın Azərbaycan filialının prezidenti, keçmiş Rabitə Naziri Siruz Abbasbəyli Vahid Mürsəliyevə  mükafatı təqdim edib.  Siruz Abbasbəyli Azercell-in Azərbaycanım rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açaraq, şirkəti bundan sonra da  ölkənin lider mobil operatoru kimi görmək istədiyini vurğulayib.

Vahid Mürsəliyev isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə, Beynəlxalq Rabitə Akademiyasının Rəyasət Heyətinə və şəxsən Siruz Abbasbəyliyə öz dərin təşəkkürünü bidlirib.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, 1996-cı ildən BMT nəzdində fəaliyyət göstərən və Baş Qərargahı Rusiyada yerləşən Beynəlxalq Rabitə Akademiyasının dünyanın bir neçə ölkəsində, o cümlədən Bakıda filialı fəaliyyət göstərir. Könüllü akademikləri, məşhur menecerləri, peşəkar mütəxəssisləri bir araya gətirən ictimai təşkilat telekommunikasiya sahələrində ümumi maraqların və praktik məsələlərin inkişafına çalışır. Hazırda Akademiya 33 ölkədən 800-dən çox akademik üzvü özündə birləşdirir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

0
13