“28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyalarının iş rejimi dəyişilir

“28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyalarının iş rejimi dəyişilir

“Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək.

Bakı Formula 1 Avropa Qran Prisi günlərində metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, yarış günləri metropoliten gücləndirilmiş rejimdə işləyəcək.

O bildirib ki, həmin günlər “28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. 

“Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.

Qeyd edək ki,iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq “Formula 1” Avropa Qran Prisi keçiriləcək.

0
21