"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - SİYAHI

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - SİYAHI

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu iyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada 21 mümkün rəqiblə düşə bilər.

Bu, “Şerif”in Moldova çempionu olmasından sonra dəqiqləşib. Tiraspollular ilk iki mərhələdə yarışa başlayan çempionlar arasında bunu rəsmiləşdirən sonuncu komanda olub. Bununla da iyunun 20-də keçiriləcək Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin qatılacaq 39 komandanın tam siyahısı müəyyənləşib. Onlardan 10-u 1-ci raundda 5 cüt təşkil edəcək.

II təsnifat mərhələsinin püşkünə isə 29 klub və 5 cütlük qatılacaq. Bu “34-lük” indidən 2 səbətə bölünüb. Səpələnmişlər arasında yer alan 17 klubdan biri “Qarabağ”dı.

Ağdam təmsilçisi səpələnməmişlərdən biri ilə görüşəcək. Burada 12 klub və 5 cütlük yer alıb. Bunlardan biri – Ermənistan çempionunun yer aldığı cüt təmsilçimizlə görüşə bilməz. I təsnifat mərhələsinin 9 komandası və yarışa 2-ci raunddan başlayacaq 12 klub 21 potensial rəqibimizi təşkil edir. Amma artıq püşk zamanı – 5 cütlük müəyyənləşəndən sonra mümkün rəqiblərin sayı 20-yə enəcək. Çünki artıq 1 komanda deyil, 1 cütlük bu siyahını tərk edəcək.

Çempionlar Liqası 

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Liepaya” (Latviya), “Feronikeli” (Kosovo), “Tre Penne” (San-Marino)

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Legiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyorfur” (İslandiya), “Trençin” (Slovakiya), “Şerif” (Moldova)

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Ddüdelanj” (Lüksemburq), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), , “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 cütü

0
14