IDEAL Qafqazın ən böyük parfum və kosmetika mağazasını açdı

IDEAL Qafqazın ən böyük parfum və kosmetika mağazasını açdı

Yeni mağaza “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

28 may 2016-cı ildə “İDEAL MMC” Ganclik Mall ticarət mərkəzində Azərbaycanın və bütün Qafqazın ən böyük, SNQ ölkələri və Avropada isə  sahəsinə görə ilk beşliyə daxil olan parfum və kosmetika mağazasını müştərilərin xidmətinə verdi.

Yeni mağaza “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

Mağazanın  müasir ağ-qara qammada  dizaynı və parlaq  çoxsəviyyəli işıqlandırmasında Avropanın parfum və kosmetika mağazalarının qabaqcıl tendensiyaları, dəb və dizayn dünyasının ən yeni texnalogiyayaları ilə birləşir.

Burada dünyanın ən qabaqcıl selektiv və mass brendlərinin təqdim etdiyi ətriyyat, dəri üçün qulluq vasitələri, kosmetika və aksesuarlar  təqdim edilib.

Niş ətirləri  sevənlər üçün də brend və çeşid bolluğu  unudulmayıb. Niş ətirlər mağaza içərisində mağaza kosepti ilə xüsusi premium  dizaynlı sahədə təqdim edilir. Burada müştərilər  Clive Cristian, Creed, By Killian, Roja, Sospiro, Escentric Molecule, Tom Ford və s. kimi dünya brendlərinin məhsullarını əldə edə biləcək.

Xatırladaq ki, İdeal mağazalar şəbəkəsi, nəinki təklif etdiyi məhsulların çeşid bolluğu, həçinin müştərilərə təqdim olunan müvafiq qiymətlərlə də müştəriləri sevindirəcək.
Hal-hazırda mağazada 31 may  tarixədək 50%-dək Endirimm və alış-veriş edən bütün müştərilərə hədiyyə aksiyası keçirilir. 

 Qeyd etmək istərdik ki, İDEAL yalnız öz  imicini təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə  yalnız sertifikatı olan məhsulları təqdim edir.

Şirkət haqqında ümumi məlumat: “İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə yaradılmışdır. Hal – hazırda Azərbaycanın 2 şəhərində (Bakı, Sumqayıt) 14 mağazası ilə fəaliyyət göstərir.

Həmçinin dünyada məşhur olan M.A.C mağazalar şəbəkəsinin Azərbaycanda yeganə rəsmi təmsilçisidir.

Təxminən 200.000 müştəri, şəbəkətin daimi alıcı kartının sahibidir.

Əlavə məlumat üçün sayt: www.ideal.az

0
48