Yüksəkvəzifəli erməni generalları və polkovnikləri həbs ediliblər

Yüksəkvəzifəli erməni generalları və polkovnikləri həbs ediliblər

Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib.

Ermənistan Müdafiə Nazirliyinin bir sıra yüksəkvəzifəli işçiləri dünən axşam həbs ediliblər.

Oxu.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Mayın 30-da axşam saatlarında general Mels Çilingəryanın, polkovniklər Mqer Papyanın və Armen Marqaryanın həbs edildiyini rəsmən təsdiq edirəm. Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların qəbul edilməsindən, bəzi hallarda isə malların baha alınmasından gedir”, - Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan Aravot.am-a bildirib.

Mayın 31-də erməni KİV-də dünən axşam Ermənistan Müdafiə Nazirliyində həbslərin olduğu, əsasən də Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi, general-mayor Mels Çilingəryanın həbs edildiyi barədə məlumat yayılıb.

0
13