Əli Həsənov: ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır

Əli Həsənov: ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır

“ABŞ xüsusi əhəmiyyət kəsb edir”.

ABŞ və Avropa dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz çox rəvandır, proqramlaşdırılılan, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir- birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir.

“Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır”. 

0
25