Zakir Həsənov hərbçilərimizin “Efes” təlimlərində iştirakını izləyib

Zakir Həsənov hərbçilərimizin “Efes” təlimlərində iştirakını izləyib

Nazirlik məlumat yaydı.

İzmir şəhərində keçirilən “Efes-2016” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, 9 ölkənin qatıldığı “Efes-2016” beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.

0
18