Şimali Koreyanın raket buraxılışı uğursuz oldu

Şimali Koreyanın raket buraxılışı uğursuz oldu

Bunun ortaradiuslu təsirə malik “Musudan” raketi olduğu ehtimal edilir.

Şimali Koreya ortaradiuslu təsirə malik növbəti raketin sınağını həyata keçirməyə cəhd edib, amma bu buraxılış uğursuz alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, raketin buraxılışı yerli vaxtla səhər saat 05.20-də Kanvondo vilayətinin Vonsan şəhərinin ərazisində həyata keçirilib.

Bunun ortaradiuslu təsirə malik “Musudan” raketi olduğu ehtimal edilir. Bu qəbildən olan raket ilk dəfə aprelin 15-də sınaqdan keçirilib, amma raket havada partlamışdı, bundan sonra aprelin 28-də də iki buraxılış cəhdi olub və bunlarda uğursuz nəticələnib.

Yanvarın 6-da KXDR nüvə sınağı keçirib, fevralın 7-də BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Yerin süni peyki ilə daşıyıcı-raket buraxılıb.

Cavab olaraq Təhlükəsizlik Şurası KXDR qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib.

0
11