Ermənistanda qadın biraylıq körpəsini satdı

Ermənistanda qadın biraylıq körpəsini satdı

Şübhəlinin 3 övladı var.

Ermənistanın Araqatson vilayətinin Aruç kənd sakini 1 aylıq körpəsini, Ararat vilayətinin Taperakan kənd sakininə 5 min ABŞ dollarına satıb.

Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, yeni doğulan qız aprelin 9-da “Ermənistan” Respublika tibb mərkəzinin doğum evində dünyaya gəlib.

Aruç kənd sakinlərindən biri öz övladını satmaqda şübhəli bilinən A.K.-nin ağır sosial şəraitdə yaşadığını bildirib, onun 3 övladı var.

0
17