Şimali Koreyanın növbəti uğursuz raket sınağı

Şimali Koreyanın növbəti uğursuz raket sınağı

Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km  təşkil edən “Musudan” ballistik raketi olduğu ehtimal edilir.

Sınaq yerli vaxtla saat 05:20-də Kanvondo əyalətinin Vonsan şəhəri yaxınlığında həyata keçirilib. Qeyd olunur ki, aprelin 15-i və 28-də eyni raketin sınağı uğursuz alınıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna səbəb Şimali Koreyanın fevralda nüvə sınaqları keçirməsi və ballistik raketlərin buraxılışı olub.

0
19