Qroznıda yanğın: 500 nəfər təxliyə edildi

Qroznıda yanğın: 500 nəfər təxliyə edildi

Çeçenistanın paytaxtı Qroznı şəhərində güclü yanğın olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yanğın 5 mərtəbəli yaşayış binasının damında baş verib və 800 kvadrat metr ərazini əhatə edib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 500 nəfər bina sakini təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan yoxdur. İnsidentin başvermə səbəbləri hələ ki, məlum deyil.

0
26