İdlib bombalandı: 23 ölü, 35 yaralı

İdlib bombalandı: 23 ölü, 35 yaralı

Suriyanın İdlib şəhərinə azı 7 hava zərbəsi endirilib

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya insan hüquqları müşahidə mərkəzi xəbər verib.

Bildirilir ki, hava zərbələri nəticəsində ölən və xəsarət alanların sayı 150 nəfəri ötüb.

Suriya insan hüquqları müşahidə mərkəzinin ehtimalına görə, şəhəri Rusiyaya məxsus hərbi təyyarələr bombardman edib.

“Anadolu” agentliyinin məlumatına əsasən, İdlibdə hava hücumları nəticəsində 23 dinc sakin ölüb, 35-i yaralanıb.

0
19