Rusiyanın Baş naziri Artur Rasizadəyə zəng etdi

Rusiyanın Baş naziri Artur Rasizadəyə zəng etdi

Tərəflər qarşıdakı səfərin detallarını müzakirə ediblər.

Rusiyanın Baş naziri Dmitri Medvedev öz azərbaycanlı həmkarı ArturRasizadəyə zəng edib.

Oxu.Az xəbər verir ki, telefon danışığı zamanı Medvedevin enerji əməkdaşlığının müzakirə olunacağı Bakı səfərinə hazırlıq müzakirə edilib.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Hökumət başçıları Dmitri Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq rəsmi səfərinə hazırlığı müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq da daxil olmaqla, geniş sayda məsələləri nəzərdən keçirmək planlaşdırılır", - məlumatda deyilir.

Mənbə:
0
18
Bot