Fransa təyyarəsi Riqada təcili eniş etdi

Fransa təyyarəsi Riqada təcili eniş etdi

 “Air France” aviaşirkətinə məxsus təyyarə Latviyanın paytaxtı Riqada təcili eniş edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insidentin səbəbi hələ ki açıqlanmır.

Şahidlərin sözlərinə görə, hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.

Bildirilir ki, təyyarə Paris-Pekin marşrutu üzrə uçurmuş.

0
18