Ermənistanda qadın 1 aylıq uşağını satdı

Ermənistanda qadın 1 aylıq uşağını satdı

Ermənistanda qadın 1 aylıq qızını satıb.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, Araqatsotn vilayəti, Aruç kənd sakini 1 aylıq uşağını Ararat vilayətinin Taperakan sakininə 5 min dollara satıb.

Məlumata görə, uşaq aprelin 9-da “Ermənistan”  tibb mərkəzində dünyaya göz açıb.

Aruç kənd sakinlərinin bildirdiyinə görə, uşağını satan qadın ağır sosial vəziyyətdə yaşayır, onun 3 övladı var.

Faktla bağlı polis araşdırma aparır.

0
20