Türkiyədə növbəti terror: 4 ölü, 19 yaralı

Türkiyədə növbəti terror: 4 ölü, 19 yaralı

Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb.  Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

0
26