Əfqanıstanda “Taliban” liderlərindən biri saxlanıldı

Əfqanıstanda “Taliban” liderlərindən biri saxlanıldı

Əfqanıstan ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” hərəkatının liderlərindən biri sayılan Qarı Səlim saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın ölkənin şimal-şərqindəki Gündüz vilayətində keçirildiyi bildirilir.

Qarı Səlimlə yanaşı onu müşayiət edən daha 6 nəfər yaxalanıb. Əməliyyat zamanı iki silahlı məhv edilib, daha ikisi yaralanıb. Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir. “Taliban” hərəkatı baş verənlərlə əlaqədar, hələ ki, şərh verməyib.

0
25