“CinemaPlus” uşaqlar üçün aksiya keçirəcək

“CinemaPlus” uşaqlar üçün aksiya keçirəcək

Bütün cizgi filmləri 3 manata nümayiş olunacaq.

Uşaqların müdafiəsi günündə premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da aksiya keçiriləcək – bütün cizgi filmləri 3 manata nümayiş olunacaq.

Oxu.Az-ın xəbərinə görə, həmçinin “CinemaPlus” kinoteatrlar şəbəkəsi aztəminatlı ailələrdən və uşaq evlərindən olan uşaqlar üçün xeyriyyə aksiyası təşkil edəcək. Xeyriyyə aksiya çərçivəsində uşaqlar üçün film nümayiş olunacaq, şarlar, sürprizlər və furşet təşkil olunacaq.

“CinemaPlus” bundan sonra da uşaqlar üçün müxtəlif aksiyalar təşkil edəcək.

Qeyd edək ki, "CinemaPlus" "28 mall" kinoteatrı Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Xatırladaq ki, bu yaxınlarda, həmçinin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı baş tutub. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

0
21