Nəcməddin Sadıkov Mohammad Xaniflə danışıqlarda

Nəcməddin Sadıkov Mohammad Xaniflə danışıqlarda

Regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi  Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qonaqları salamlayan Baş Qərargah rəisi Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin mühüm rol oynadığını, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini və geniş imkanlara malik olduğunu bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik və atəşkəsin pozulması səbəbləri barədə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək müxtəlif sahələrdə Əfqanıstana göstərilən köməyə, eləcə də sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

0
18