Bakı 2016-cı ilin ən populyar yay idman şəhərlərinin siyahısında

Bakı 2016-cı ilin ən populyar yay idman şəhərlərinin siyahısında

Paytaxtımızda 17-19 iyun tarixlərində yaşayış sutkada 40 dollara başa gələcək.

Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib. 

Oxu.Az xəbər verir ki, müvafiq məlumat Travel.ru saytında yerləşdirilib.

Bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub.

İyunun 17-19-da Bakıda “Formula-1” Avropa Qran-prisi keçiriləcək. “Formula-1”in Bakı mərhələsinə 10 mindən çox xarici turistin gələcəyi gözlənilir.

İyunun 17-dən 19-dək Bakının mərkəzində qalmaq sutkada minimum 40 dollara başa gələcək. “Formula-1” Avropa Qran-prisinə 3 günlük giriş biletinin qiyməti isə 200 dollardan başlayacaq.

Oktogo.ru saytının məlumatına görə, Bakıda 17-19 iyun tarixlərində yaşayış sutkada 40 dollara başa gələcək. “Formula-1” Avropa Qran-prisinə üç günlük giriş əldə etmək üçün ən azı 200 dollar ödəmək lazım olacaq.

0
23