DİN dəhşətli qəzada ölən və yaralananların adlarını açıqladı

DİN dəhşətli qəzada ölən və yaralananların adlarını açıqladı

Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobusu dərəyə aşıb.

Daxili İşlər Nazirliyi Xızıda Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin düşdüyü qəza ilə bağlı açıqlama yayıb.

Oxu.Az-ın DİN-in yaydığı məlumatı təqdim edir:

“Mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobusu dərəyə aşıb.

Nəticədə Z.Şirinovun sərnişinlərindən həmyerliləri 1963-cü il təvəllüdlü Billurə Nağdəli qızı İsmayılova və 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyev hadisə yerində ölüb, özü və digər sərnişinləri 1954-cü il təvəllüdlü Nizami Astan oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Əsəd Allahverdi oğlu Qurbanov, 1975-ci il təvəllüdlü Lalə Rəhman qızı Rəhmanova, 1973-cü il təvəllüdlü Ziba Novruz qızı Rəhmanova, 1955-ci il təvəllüdlü Rasim Şəfa oğlu Rzayev, 1950-ci il təvəllüdlü Qafar Xanbaba oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Saylar Əriyən oğlu Mikayılov, 1975-ci il təvəllüdlü Leyla Comərd qızı Fərhadova, 1979-cu il təvəllüdlü İradə Sabir qızı Əliyeva, 1963-cü il təvəllüdlü İsmayıl Allahverdi oğlu Feyzullayev, 1985-ci il təvəllüdlü Fərqanə Cəlil qızı Fərzəliyeva, 1977-ci il təvəllüdlü Hədiyyə Rəhim qızı Əliyeva, 1964-cü il təvəllüdlü İndira Talıb qızı Mollayeva, 2005-ci il təvəllüdlü Nigar İlham qızı Kazımlı, 1987-ci il təvəllüdlü Vüsalə Namiq qızı Ağabəyli, 1971-ci il təvəllüdlü Mehman Oruc oğlu İsmayılov, 1962-ci il təvəllüdlü Zərxanım Həşim qızı Sərtayeva, 1969-cu il təvəllüdlü Sumeddin Həmzə oğlu Qasımov, 1974-cü il təvəllüdlü Şəfəq Sərdar qızı Süleymanova, 1991-ci il təvəllüdlü Günel Rayət qızı Bəşirova, 1950-ci il təvəllüdlü Sərxan Ata oğlu Abdullayev, Vaqif Talıbov və Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Samir İlham oğlu Xıdırov xəstəxanaya yerləşdiriliblər. S.Abdullayev orada ölüb.

0
49