“Azəri-Çıraq-Günəşli”nin payçılarından biri layihəni tərk edir

“Azəri-Çıraq-Günəşli”nin payçılarından biri layihəni tərk edir

Razılıq əldə olunub.

Hindistanın “ONGC Videsh Limited” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇQ) layihəsində payına düşən nefti satmaq niyyətindədir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, “ONGC Videsh Limited” şirkəti ilə SOCAR arasında birgə müəssisə yaradılması ilə bağlı imzalanan müqavilədə əksini tapıb.

Müqavilənin detalları açıqlanmır.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın “Chevron” (11,27%), “ExxonMobi” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

0
26