ABŞ prezidentliyinə ilk namizəd

ABŞ prezidentliyinə ilk namizəd

Qeri Conson partiyanın qurultayında 55,8 faiz səs toplayıb.

ABŞ-ın Libertarian Partiyası prezidentliyinə namizədini rəsmiləşdirib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın namizədi Nyu-Meksiko ştatının qubernatoru Qeri Conson olub.

Partiyanın qurultayında Q. Conson 55,8 faiz səs toplayıb, onun beş rəqibi isə daha az səs alıb. Beləliklə, Q. Conson bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə ilk rəsmi namizəd olub.

Adətən, libertarianların prezident seçkilərində qələbə qazanmaq şansları olmasa da, budəfəki rəy sorğularında Q. Consonun sabit olaraq səslərin 10 faizindən çoxunu qazandığı bildirilir. 

Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klintonun aşağı populyarlığı onun üçün müəyyən perspektivlər açır.

0
15