SOCAR Trading SA və ONGC Videsh Limited memorandum imzalayıb

SOCAR Trading SA və ONGC Videsh Limited memorandum imzalayıb

İmzalanma mayın 27-də baş tutub.

SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzalayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, imzalanma mayın 27-də baş tutub.

İmzalanmış memorandum iki tərəfin satışdan gələn gəlirin optimallaşmasında təcrübənin mübadiləsi yolu ilə neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

Qərərgahı Cenevrədə yerləşən “SOCAR Trading” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yaxınlıqdakı digər yataqlarından hasil olunan Azərbaycan neftinin satışı üçün 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçib. 2016-cı il yanvar ayına olan vəziyyətə görə, “SOCAR Trading”in Cenevrə, London, Sinqapur, Dubay və Kalqaridəki beş əsas ticarət nümayəndəliklərində, eləcə də bir neçə digər nümayəndəlikdə olan 200-dən artıq əməkdaşı var.  

0
14