ABŞ-da prezidentliyə ilk RƏSMİ namizəd

ABŞ-da prezidentliyə ilk RƏSMİ namizəd

ABŞ-ın Libertarian Partiyası prezidentliyinə namizədini rəsmiləşdirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, partiyanın namizədi Nyu-Meksiko ştatının qubernatoru Qeri Conson olub.

Partiyanın qurultayında Q. Conson 55,8 faiz səs toplayıb, onun beş rəqibi isə daha az səs alıb. Beləliklə, Q. Conson bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə ilk rəsmi namizəd olub.

Adətən, libertarianların prezident seçkilərində qələbə qazanmaq şansları olmasa da, budəfəki rəy sorğularında Q. Consonun sabit olaraq səslərin 10 faizindən çoxunu qazandığı bildirilir. Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klintonun aşağı populyarlığı onun üçün müəyyən perspektivlər açır.

ABŞ-ın Libertarian Partiyası bu il yaranmasının 45 illiyini qeyd edir. Partiya azad bazar iqtisadiyyatı, azad beynəlxalq ticarət, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ən əsası isə digər dövlətlərin işinə müdaxilə etməmək prinsiplərini əsas götürür.

Q. Conson dörd il əvvəl də prezident seçkisində iştirak edib. 2012-ci ildə o, 1,27 milyon səs qazanaraq (ümumi seçici sayının 1 faizi), Barak Obama və Mitta Romnidən sonra üçüncü olub.

0
15