Moskvada Müstəqillik Kuboku turniri keçirilib

Moskvada Müstəqillik Kuboku turniri keçirilib

Moskvada Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Müstəqillik kuboku” futbol turniri keçrilib.

Lent.az-ın məlumatına görə, Rusiyada fəaliyyət göstərən “Məmmədəmin Rəsulzadə” Məclisinin dəstəyi ilə təşkil olunan turnirdə 12 komanda iştirak edib. Nəticədə birinci yeri Xalqlar Dostluğu Universitetinin komandası tutub.

Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev turnirdə iştirak edən komanda üzvlərinə minnətdarlığını bildirib. Məmmədəmin Rəsulzadə” Məclisinin rəhbəri Füzuli Fərəcov turnirin əhəmiyyətinə toxunub və Azərbaycanda futbola böyük diqqət ayrıldığını bildirib.

Fərqlənən futbolçulara diplomlar və medallar verilib. Ən yaxşı oyunçu Ramil Müslümov, ən yaxşı müdafiəçi Orxan Xanlarov və ən yaxşı qapıçı isə Habil Müslümov seçilib.

0
13