Türkiyədə mikroavtobus aşdı: 14 yaralı

Türkiyədə mikroavtobus aşdı: 14 yaralı   Türkiyənin cənub-şərqindəki Batman vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.     APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident vilayətin Kozluk rayonunda qeydə alınıb.     32 yaşlı Kənan Aslanın idarə etdiyi mikroavtobus aşıb. Qəza nəticəsində 14 nəfər xəsarət alıb.      Yaralılar “təcili yardım”larla xəstəxanalara çatdırılıblar. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.
0
22