Millimiz Makedoniyaya uduzdu

Millimiz Makedoniyaya uduzdu

Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib.

Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyanın Bad Erlax şəhərində Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirib.

Oxu.Az xəbər verir ki, millimiz 1:3 hesabı ilə məğlub olub.

Hesabı 18-ci dəqiqədə Marian Radeski açıb, Qoran Pandov isə 32-ci dəqiqədə topu millimizin qapısından keçiriblər.

Oyunun ikinci hissəsində Robert Prosineçkinin yetirmələri hesab arasında fərqi azaltmaq üçün səylərini artırıblar. 72-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Əfran İsmayılov hesab arasındakı fərqi azaldıb. 

Görüşdə son nöqtəni isə 90+2-ci dəqiqədə İlya Nestorovski qoyub.

Bununla da millimiz tarixində 6-cı dəfə qarşılaşdığı rəqibinə 5-ci dəfə uduzub.

0
12