Moskvada binada qaz partladı: xəsarət alanlar var

Moskvada binada qaz partladı: xəsarət alanlar var

Rusiyanın paytaxtı Moskvada 9 mərtəbəli yaşayış binasında mənzillərdən birində qaz partlayıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident paytaxın cənub-qərb hissəsində, Qaribaldı küçəsində qeydə alınıb.


Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Binanın 30-dək sakini mənzillərdən təxliyə olunub.   Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

0
22