Rusiyada daşqınlar: 430 evi su basdı

Rusiyada daşqınlar:  430 evi su basdı

Rusiya Federasiyasının Adıgeya Respublikasında davam edən şiddətli yağış və daşqın nəticəsində 430 yaşayış evi və bir neçə inzibati binanı su basıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ən çox Adıgeyanın paytaxtı Maykop və ətraf rayonlara ziyan dəyib.

Maykopda 221, ətraf ərazilərdə isə 209 evi su basıb. Sel suları 8 avtomobil və piyada körpüsünü dağıdıb. Suyun küçə və həyətlərdən çəkilməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda dəyən zərərin həcmi müəyyənləşdirilir. Bununla belə, sinoptiklər yaxın günlərdə yağıntının davam edəcəyini bildiriblər.

0
20