Türkiyədə PKK-çılarla atışmada 1 əsgər şəhid oldu

Türkiyədə PKK-çılarla atışmada 1 əsgər şəhid oldu

Türkiyənin Şırnaq vilayətinin Uludərə rayonunda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub.

APA-nın “Anadolu”-ya  istinadən verdiyi xəbərə görə,  axşam saatlarında bir qrup terrorçu rayonun Şimali İraqla sərhədindəki əraziləri atəşə tutub. Hücuma cavab verən təhlükəsizlik güvvələrİ ilə PKK-çılar arasında baş verən atışma zamanı 1 əsgər ağır yaralanıb.

Helikopterlə Şirnaq xəstəxanasına çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Əsgərin həlak olduğu atışmadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

0
17