ABŞ-da daşqın qurbanlarının sayı 6 nəfərə çatdı

ABŞ-da daşqın qurbanlarının sayı 6 nəfərə çatdı

ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb çatıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ostin şəhərində xilasedicilər itkin düşmüş qadının meyitini tapıblar.  Daha bir şəxsin meyitini xilasedici helikopterin heyəti aşkarlayıb.


Bundan əvvəl yerli hökumət orqanları daşqınlar nəticəsində 4 nəfərin öldüyünü təsdiq ediblər. Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Texas ştatının bir sıra yaşayış məntəqələrində  daşqınlara görə evakuasiya elan olunub.

0
23